Page 278 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 278
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Nәyim varsa

Niyә sirrin olur ki,
Sirr saxlamaq dәrdi dә olsun.
Niyә dar günә tәdarük görürәm,
Hәlә bir dar gün dә olsun.
Gördüyüm işi maraqlı bilmәsәm,
Әl atmaram o işә.
Niyә gedirәm gizli görüşә.
Sonra görünmәyindәn
Qorxa-qorxa gәzәm.
Niyә adam dalınca axmaq söz
deyirәm,
Sonra amandı eşidilmәsin deyә
278 Canımı üzürәm.
Niyә eldәn, evdәn gizlәnәsi iş
tuturam,
Sonra da sirr saxlamaq
Әzabına dözürәm.
Gәzirәm gün altında
Könlüaçıq, gözüaçıq,
Üzüaçıq, sözüaçıq,
Mәn göz qabağındayam.
Bu әllәrim,
Bu da әmәllәrim.
Mәn ellәr bağındayam,
Barlı ağac kimi
Başdan-ayağa
Göz qabağındayam.
Mәn toyuq kimi
Başımı qanadımın altında
gizlәmәmişәm.
Mәn sözümü demәk üçün
Kiminsә getmәyini gözlәmәmişәm.
Nә bilirәm onu deyirәm,
Nәyim var onu yeyirәm.
Acamsa, acam, susuzamsa, susuzam…
Neylәyirәm qızıl teşti
İçinә qan qusam.
   273   274   275   276   277   278   279   280   281   282   283