Page 603 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 603
bariz Cÿfÿrli
yanında heç kәs yox idi. Hәr nә idisә, boynuma alıram ki, o şәklә gecәyarısı 603
gözüm sataşanda әmәlli-başlı ağlamaq tutdu mәni. Mәn o şәklә baxanda o,
qayğısız-qayğısız yatırdı. Evdәn heç bir hәnirti, sәs-sәmir gәlmirdi, qәfilcә
mәnә elә gәldi ki, bayaqdan uğuldayıb qapı-pәncәrәni döyәclәyәn külәyin
dә sәsi eşidilmir. Külәk sakitcә mәnzilimә girib, onun uşaqlıq şәklinә baxa-
baxa doluxsunub. O vaxt Әlәkbәri basdıranda da külәk doluxsunmuşdu, o
vaxt atam da külәyә oxşayırdı. O vaxt atam yuxarılara saqqal tәrpәdib
Әlәkbәrin meyitini güclә ala bilmişdi, çünki onun meyitinә iş kәsmәk
istәyirdilәr. Ya vәlvәlәdәn, ya zәlzәlәdәn hәqiqәt budur ki, mәn onun uşaqlıq
şәklini görәndә dәli külәk kimi hay-küyümü kәsib doluxsunmadım, әmәlli-
başlı ağladım. Düzdü, sәhәr açılanda axşamkı göz yaşlarıma gülmәyim
gәldi, dedim, yәqin, gecә çox içmişәm. Lakin sonralar da o şәklә baxanda
kefim pozulurdu. Dilxor olacağımı qabaqcadan duysam da, arabir hәmin
şәklә baxmağım gәlirdi. Әslindә o, ağzını açmamışdan duymuşdum nәlәr
deyәcәk. Çünki gecә yuxuda rәhmәtlik Әlәkbәrin arvadını çılın-çılpaq
görmüşdüm. Ancaq deyirdilәr ki, Әlәkbәr “qәhqәhә xәstәliyinә” tutulandan
onun arvadını görәn olmayıb...