Page 601 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 601
Möbariz Cÿfÿrli
Gedәn
O getdi. Qapını bağlayandan sonra divana yayxanıb ayaqlarımı 601
stula uzatdım. O gedәndә mәnә göz vurub, – Hәr şey yaxşı
olacaq, – dedi.
Mәn gülümsündüm.
İndi köynәyimin döş cibindәn siqaret çıxarıb yorğun-yorğun alışdıran-
da vә әyilib jurnal stolundakı külqabını götürüb qasığımın üstünә qoyanda
düşünürәm ki, gәrәk gülümsәmәyәydim, bir söz deyә bilmәsәm dә, heç ol-
masa baxışlarımla, sir-sifәtimin ifadәsi ilә cavabını verәydim. Anlamalıydı
ki, az-çox mәnim dә dünya işlәrindәn başım çıxır.
Son sözü tam vә qәti qәlәbәdәn xәbәr verirdi:
“Çao”.
Mәn bu kәlmәni o dәqiqә tәrcümә elәdim: “Balqabaq!”
Әslindә onu “balqabaq”lığıma qeyd-şәrtsiz inandırmaqdan ötrü qımış-
dım.
O, qapıdan çıxanda divar saatı altını vurdu vә qәfil yadıma düşdü ki,
Әlәkbәrin köhnә “Moskviç”inә minib kәndimizdәki uçulub-dağılmış dәyir-
manın yanına gәlәndә mәnim altı yaşım vardı, hәlә mәktәbә getmirdim.
Әlәkbәr maşını dәyirmanın yanında saxlayanda mәn nәdәnsә, – bura
haradı? – soruşdum.
Halbuki uşaqlarla günümüz burda keçәrdi. “Dava-dava”, “әnzәli”
oynayardıq, gecә-gündüz evdә tapılmazdıq. Gün hamımızı qapqara qaraldıb
zәnciyә döndәrmişdi.
Әlәkbәr bığaltı pıqqıldayıb, – Moskvadı bura, – dedi.
Mәn Әlәkbәrin dediyinә tamam-kamal inandığımı göstәrmәk üçün, –
Moskvada inәklәrә bax e... – mızıldadım.
Bu dәfә Әlәkbәr qәhqәhә çәkdi. Evimizdә atamla söhbәtlәşәndә dә
qәhqәhәsini boğa bilmirdi. “Apardım oğlunu Moskvaya. Moskvadakı
inәklәri göstәrdim.” O gündәn Әlәkbәrin dәli qәhqәhәsi kәsilmәdi. O
gündәn Әlәkbәr yuxu nәdi bilmәdi, elә gülә-gülә danışdı, yedi-içdi, gәzib
dolandı, kәndimizdәkilәr Әlәkbәrdәn gen gәzmәyә başladı, onun sonsuz
qәhqәhәsi hamını bezdirmişdi.
Axırda arvadı da baş götürüb getdi vә Әlәkbәr maşınına minib arvadını
axtarmağa yollandı, amma tapa bilmәdi. Әvәzindә Gülgәzin oğlunun şişib-
iylәnmiş meyitini gәtirib zor-güc maşından saldı dәyirmanın hәyәtinә, sonra
da qәhqәhә içindә cibindәn tapançanı çıxarıb beyninә tuşladı.