Page 521 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 521
al Abdulla

Kamal Abdulla
(1950)

521

Yazıçı, dramaturq, tәrcümәçi. Әmәkdar elm xadimi,
AMEA-nın hәqiqi üzvü. 1977-ci ildә Moskvada “Sintaktik
paralelizm” (“Kitabi-Dәdә Qorqud” dastanlarının dili üzrә)
adlı namizәdlik, 1984-cü ildә Bakıda “Azәrbaycan dili sin-
taksisinin nәzәri problemlәri” adlı doktorluq dissertasiyala-
rını müdafiә edib. “Ruh”, “Bir, iki, bizimki!”, “Kәdәrli
seçmәlәr”, “Qәribәdir, deyilmi?!”, “Yarımçıq әlyazma”,
“Sehrbazlar dәrәsi”, “Unutmağa kimsә yox”, “Tarixsiz
gündәlik”, “Labirint”, “Все мои печали”, “Nar çiçәklәri”
kimi şeir vә nәsr kitablarının müәllifidir. Romanları Rusiya,
Fransa, Almaniya, İtaliya, Braziliya, Rumıniya, Mon-
teneqro, Polşa, Çexiya, Yaponiya, Türkiyә vә İranda nәşr
edilib. Bir sıra beynәlxalq әdәbi mükafatlara layiq görülüb.
Rus poeziyasından seçmә tәrcümә nümunәlәri toplanmış
“Gümüş dövrün sirlәri” kitabının müәllifidir. 2006-cı ildә
“Literaturnaya qazeta”nın “Zolotoy delviq” mükafatına
layiq görülüb, 2007-ci ildә Rusiya Federasiyasının Puşkin
medalı, 2009-cu ildә Çexiyanın “Karl Kramej” medalı vә
Polşanın “Böyük Xaç” kavaler ordeni ilә tәltif olunub.
   516   517   518   519   520   521   522   523   524   525   526