Page 234 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 234
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Әlәviyyә Babayeva
(1921-2014)

234

Yazıçı, tәrcümәçi. Әmәkdar mәdәniyyәt işçisi. Azәr-
baycan SSR Ali Soveti Rәyasәt Heyәtinin Fәxri Fәrmanı
ilә tәltif edilib. Azәrbaycan Dövlәt Universitetinin
Filologiya fakültәsini bitirib. “Azәrbaycan qadını” jur-
nalında mәsul katib, “Gәnclik” nәşriyyatında baş redak-
tor vәzifәlәrindә çalışıb. Azәrbaycan Yazıçılar Birliyinin
qәbul komissiyasının üzvü, tәrcümә seksiyasının rәhbәri
olub. Әdәbi fәaliyyәtә 1936-cı ildә “Әdәbiyyat qәzeti”ndә
dәrc olunmuş “İki hәyat” hekayәsi ilә başlayıb. “Mәnim
müәllimәm”, “Tәk ağac”, “Mәn tәk deyilәm”, “Tut
ağacı”, “Sehrli pillәlәr”, “Hardasan, dost, harda”, “Sәni
axtarıram”, “Külәyin tәrkindә”, “Hörüklәr” kitabları-
nın, “Adamlar vә talelәr”, “Әlvida”, “Bәlkә, sabah
olmadı”, “Son döngә”, “Dәli Sona” romanlarının müәl-
lifidir. A.Qaydarın “Uzaq ölkәlәr”, V.Biankinin “Qırmızı
tәpә”, K.Paustovskinin “Oğru pişik”, V.Q.Korolenkonun
“Satın alınmış uşaqlar”, V.Astafyevin “Ulduz xәzanı”
әsәrlәrini dilimizә çevirib.
   229   230   231   232   233   234   235   236   237   238   239