Page 225 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 225
fÿddin Dàülû

olmaq istәyәn oğlana baxıb, onu işә qәdul edir. Ancaq bir ay “sınaq müd- 225
dәtindәn” sonra vәzifәsinin adını dәyişib “katibә” yox, “kömәkçi” qoyur.

Hәlә Zarafatcıl oğlanın dediyinә görә, onun evlәnmәsi dә “zarafat-
zarafat” olmuşdur.

Bir gün onun sözü müdirin minik maşınını sürәn qızla çәp gәlir.
Döyüşkәn xoruza oxşayan qız әsәbilәşib deyir: “Sәn necә kişisәn ki, katibә
işlәyirsәn?” Oğlan da hirslәnib cavab verir: “Bәs sәn necә qızsan ki, şoferlik
elәyirsәn”.

Bu mübahisәdәn bir müddәt sonra gәnclәr nәinki barışırlar, hәtta
dostlaşır, sevişib, evlәnirlәr.

Bәli, bütün bunları o özü söylәyir. Yәqin ki, başqaları da ona elә bu
söhbәtlәrinә görә “Zarafatcıl oğlan” deyirlәr. Lakin bizim oğlanın zarafatları
yalnız bunlarla bitmir.

Bu il o, yenә özünün dediyi kimi, “zarafat-zarafat” kurorta getmişdi.
...Әslindә oraya müdirin müavini getmәli idi. Müavindә yel xәstәliyi
vardı vә müalicә üçün Soçiyә putyovka sifariş vermişdi. Lakin tәxirә-
salınmaz bir ezamiyyәt ucundan onun mәzuniyyәti tәxirә salınmalı oldu.
Zarafatcıl oğlan da zarafatla yerli komitә sәdrinә dedi: “Müavin olmasın,
kömәkçi olsun; ikimiz dә müdirin işini görürük dә! Verin onun putyovkasını
mәnә, gedim Qara dәnizdә çimim özüm üçün!” Belәliklә, o, zarafata salıb
putyovkanı aldı. Ancaq yerli komitә sәdri möhkәm surәtdә tapşırdı ki, oraya
gedәrkәn belini әysin, әlinә әsa alsın vә desin ki, çoxdan yel xәstәliyinә
mübtәladır; yoxsa onu sanatoriyaya qәbul etmәzlәr. Hәr şeydә bir әylәncә
axtaran bizim oğlan bu zarafatı da hәvәslә qәbul etdi.
Lakin tezliklә dә peşman oldu. Nәinki “yel”, heç “meh” xәstәliyi dә
olmayan sağlam oğlan bununla öz-özünü cәncәlә saldı. Sanatoriya hәkimlәri
beli әyilmiş, әli әsalı “xәstәni” zorla kükürd, palçıq vannaları vә başqa
müalicә tәdbirlәri qәbuluna mәcbur etdilәr. Yazıq, ona әzab-әziyyәt savayı
bir şey vermәyәn bütün bu mәziyyәtdәn boyun qaçırdıqda onu “simulyant-
lıqda” tәqsirlәndirib, daha ciddi nәzarәt altına aldılar. Özünә dә tәzә bir ad
verdilәr: “Xәstә”. “Xәstә, yat! Xәstә dur! Xәstә, uzan!..” Hәtta onu dәnizdә
çimmәyә dә qoymadılar. Yayın cırhacır istisindә sapsağlam bәdәnlә Qara
dәniz sahilindә olasan vә çimә bilmәyәsәn... Hәqiqәtәn çox şit zarafat idi!
Bu sәbәbdәn dә Zarafatcıl oğlanın sir-sifәti daha tutqun, zarafatları
baha tünd oldu.

***
Sanatoriyaya gәldiyi gün onu ikinәfәrlik boş otaqda yerlәşdirdilәr.
Ertәsi gün dә yanına tәzә bir qonşu qoydular. Xarıcdәn turist putyovkası ilә
   220   221   222   223   224   225   226   227   228   229   230