Page 224 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 224
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Zarafatcıl

Onun haqqında hamı deyir: “Yaman zarafatcıl oğlandır. Ancaq
bircә dәfә onu uzaqdan görәnlәr dәfәlәrlә yaxından eşitdik-
lәrinә inanmazlar; o qәdәr ki, bu zarafatcıl oğlanın sir-sifәti
ciddi, söz-söhbәti tәmkinlidir! Xüsusәn, zarafat edәrkәn qәtiyyәn gülmür.
Kim bilir, bәlkә dә, zarafatlarında bu qәdәr müvәffәq olmasının bir sәbәbi dә
mәhz elә budur. Xarici görkәmindә dә gülüş doğuracaq bir elә şey yoxdur.
Tәbiәt onu yaradarkәn baş-bәdәninin heç bir әzası ilә zarafat etmәmişdir.
Ancaq özü deyir ki, dünyaya zarafat-zarafat gәlmişdir.
...Güya o, ana bәtnindә altı aylıq ikәn bir gün anasını sancı tutur.
Hamilә qadın ağrı çәkdiyini yaxın arvadlara bildirirsә, heç kim ona inanmır;
224 hamı zarafata salır. Nәticәdә uşaq vaxtından üç ay qabaq, yәni altmış altı
tam yüzdә altmış yeddi faizlik bir çağa ikәn gözlәnilmәdәn, mamasız-
bәlәdçisiz dünyaya qәdәm qoyur. Sonra bu natamam insanı zarafat-zarafat,
“indi ölәr, bu saat canı çıxar” deyә-deyә pambıq içindә bәslәyib böyüdürlәr.
Hәtta nәnәsi nәzir dә deyir ki, “sağ qalsa, onu mәktәbә qoymayacaq”. Ancaq
altıaylıq uşaq yeddi yaşına çatan kimi nәnәsindәn gizlin “zarafat-zarafat”
dәrsә gedir...
Orta mәktәbi bitirdikdәn sonra o, “zarafat-zarafat” ali mәktәbә girә
bilmir. Bir-iki il imtahana hazırlaşdıqdan sonra isә yenә özünün dediyi kimi
“zarafat-zarafat” indi işlәdiyi idarәyә daxil olur.
...Bir gün o, hәmin idarәdә katibә yerinin boş olduğunu bilib müdirin
yanına gәlir vә bu vәzifәyә qәbul olunmasını xahiş edir. Müdir gülәrәk
deyir: “Axı o vәzifәdә adәtәn qadın vә qızlar işlәyir, bala!” Zarafatcıl oğlan
da gülümsәyәrәk cavab verir: “Axı harada yazılıb ki, filan vәzifәdә ancaq
kişilәr, filan vәzifәdә isә ancaq qadınlar işlәmәlidir, әmi? Mәgәr bizim
ölkәdә kişilәr dә qadınlarla bir hüquqa malik deyillәr?” Müdir bu suala
cavab verә bilmәyib oğlana tövsiyә edir ki, bir necә gündәn sonra gәlsin.
Oğlan isә elә ertәsi gün sәhәr tezdәn idarәyә gәlib müdirin kabinetinin
ağzındakı balaca otaqda oturur. Hәm dә o, müdirin axtarmaqda olduğu
cavab üçün yox, özünün axtarmamış tapdığı yer üçün gәlir. Bir az sonra
telefon zәng vurur. Otaqda kimsә olmadığından oğlan dәstәyi qaldırır. Sәn
demә, nazirlikdәn danışırlarmış. Deyirlәr ki: “Tez gәlin, idarәnizә mәktub
var, aparın!” Qulluq göstәrmәk eşqi ilә yanan oğlan da çaparaq gedib zәrfi
gәtirir vә müdirin kabinetinә girib qarşısına qoyur. Müdir әvvәl nazirlikdәn
gәlәn mәktuba, sonra da hansı vasitә ilәsә bu mәktubu gәtirәn vә katibә
   219   220   221   222   223   224   225   226   227   228   229