Page 42 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 42

Zakir F XRİ   Zakir FAKHRI


                        özlәriylә sürüyüb
                        hәrә çәkdi bir tәrәfә.
                        Xatirә-xatirә daşındı Mәlik,
                        Kәdәr-kәdәr oxşandı Mәlik,
                        Acı-acı yaşandı Mәlik.
                        Bir dә göz açıb gördülәr
                        Mәlikdәn bir әsәr yox.
                        Biri dedi: “Qoşulub ay işığına”.
                        Biri dedi: “Ərşә çәkilib”.
                        Biri dedi: “Fürsәt düşüb әlinә”,
                        harasa әkilib.
                        Amma biri dә dedi:
                        “Qoşulub itmiş cığıra”.
                        Dörd tәrәfә boylanıb
                        Mәliki qaldılar çağıra-çağıra.
                        Amma ki
                        Mәlikdәn sәs çıxmadı.


                        Bulud ötdü, yağış gәldi, qayıtmadı.
                        Payız keçdi, qış gәldi, qayıtmadı.
                        Güllü-çiçәkli bahar da gәldi,
                        Qayıtmadı Qara Mәlik.
                        Ocağına yar da gәldi,
                        Qayıtmadı Qara Mәlik.
                        El-obanın dağlarından,
                        düzlәrindәn keçib getdi.
                        Qәriblәrin gözlәrindәn keçib getdi.
                        Gәlib soyuq kәdәrimdәn keçib getdi.
                        Baş alıb bu gen dünyadan
                        hara getdi, hara Mәlik?


               42
   37   38   39   40   41   42   43   44   45   46   47