Page 150 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 150
Zakir F XRİ Zakir FAKHRI
ÖRTÜLÜ PƏNCƏRƏ
I
Baxtın kimi qara yurdda
iyirmi ildәn çoxdur
sәn adda bir ad yaşayır
zәncilәrin andında.
“Kiçik insan”ın böyük adı
sığmaz qandala,
sığmaz inadı,
Nelson Mandela!
II
Əl uzatdın dosta,
әlin çatmadı…
Qaldın qovrula-qovrula.
Əl uzatdın göyә,
әlin çatmadı…
…Qaldın qıvrıla-qıvrıla.
Gözlәrindәki
qaranlıq lәkәni
bir umud işığı yudu…
İşıq dediyimiz –
bir udum hava,
bir tikә çörәk,
bir ovuc sudu.
150