Page 152 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 152
Zakir F XRİ Zakir FAKHRI
III
Əl içi boyda pәncәrәdәn
ay işığı süzülәr.
Vә hәr gecә
dünyadan gizlicә
süd kimi ağ, bir mәlәk üzlü uşaq
dәmir pәncәrәdәn baxar içәri.
O mәlәk üzlü uşağın
isti nәfәsi
әl içi boyda pәncәrәdәn
axar içәri.
Qızdırar “otağını”,
ölümün gözlәrindәn
azdırar otağını…
Bax belәcә, istidә, soyuqda
iyirmi il dә yaşamaq olurmuş
bircә şirin umudla
eni, uzunu beş taxta
darısqal bir otaqda.
IV
Daş ataram,
daşım tutmaz…
… ağlayaram,
göz yaşım tutmaz…
O örtülü pәncәrәni
yumru-yumru yağış döyәr,
açılmaz.
152