Page 148 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 148
Zakir F XRİ Zakir FAKHRI
DOSTUM...
Dostum! Sevgisiz günlәrdә
düz yol da adama yoxuş gәlir.
Çәkdiyi dәrddәn, qәmdәn,
Tanış üzdәn, tanış sәsdәn,
Giley-güzardan, qeybәtdәn
yorulur adam söz-söhbәtdәn.
Üzündәki kәdәr mәnә tanış gәlir.
Gözlәrindәn daman qәm
çәkdiyim qәmlәr sayaq,
Hәr çәkilәn isti qәmin
arxasınca yağış gәlir,
Yağış gәlir,
Yığış gedәk,
Qayıdaq ötәn günün altına!..
148