Page 136 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 136
Zakir F XRİ Zakir FAKHRI
QALMAZ BELƏ,
QALMAZ DÜNYA
Bığ yeri tәrlәyәn igid,
Girәvә hәrlәyәn igid,
İçindә çәrlәyәn igid
Qalmaz belә, qalmaz, dünya.
Sığınar bir xәlvәt döşә,
Qorxar baxtı bәndә düşә.
Boynunu bükmә, bәnövşә,
Qalmaz belә, qalmaz dünya.
Könül vermәzlәr şәr vaxtı,
Arxanca bir qәrib baxdı.
Qara qızın qara baxtı
Qalmaz belә, qalmaz, dünya.
136