Page 132 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 132

Zakir F XRİ   Zakir FAKHRI








                        Qan sızan tәk
                        qәm sızdı gözlәrimә
                        Günlәr bürkülü-bürkülü,
                        Qaldım bükülә-bükülә...
                        Göy ilә yer arasında
                        yaxam sökülә-sökülә
                        bir qәrib kәdәrin içindәn keçdim.
                        Ayağı yalın uşaqtәk
                        Ayaqları yalın baxtım,
                        Başım birdәn dәydi daşa,
                        Heç bilmәdim hara baxdım.
                        Gördüm,
                        doğma bilib üzümü söykәdiyim
                        xatirәlәr arasında da yadam...
                        Doğulduğu evdәn,
                        uşaqlıqdan,
                        bir dә ilk sevgidәn başqa,
                        hәr şeyi unudur adam.


















               132
   127   128   129   130   131   132   133   134   135   136   137