Page 128 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 128

Zakir F XRİ   Zakir FAKHRI









                        GÜNLƏRİN BİR GÜNÜ


                        Günlәrin bir günü
                        bir başqa pәncәrәdәn
                        bir başqa yola
                        dikilәcәk gözlәrin.
                        …Gözlәyәcәksәn gözlәdiyin sayaq.
                        Vә bir gün
                        göz yaşlarınla birgә
                        qısıldığı işıqdan qopub
                        tökülәcәk gözlәrin
                        isti-soyuq  görmәmiş ovcuna.
                        İçindә udquna-udquna
                        keçdiyim ömürdәn
                        yaralı-yaralı boylanıb,
                        işıqsız gözlәrinlә
                        acı-acı baxacaqsan
                        namәrd ovçuna…
                        Diz çöküb
                        yana-yana
                        sönәcәksәn
                        ötәn sevgi önündә.










               128
   123   124   125   126   127   128   129   130   131   132   133