Page 124 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 124

Zakir F XRİ   Zakir FAKHRI


                           Uçub gedәr, yenә dönәr,
                           Saçlarında dәnә dönәr,
                           Bütövlәşib sәnә dönәr
                           Mәtanәtli xatirәlәr...

                           Göyündә buludtәk dolub,
                           Başın üstә hey ağlayar,
                           Qәmindә tumurcuq olub,
                           Kәdәrindә yarpaqlayar
                           Mәtanәtli xatirәlәr...

                           Yetişib vәdә gәlәndә,
                           Can üşüyüb, titrәyәndә...
                           Qocalıq hәdә gәlәndә,
                           Ayaqların büdrәyәndә
                           Cavanlığa bel bağlayan,
                           Coşub, kükrәyib çağlayan
                           Dil gödәlәr, qısa olar...
                           Sәni ayaqda saxlayan
                           Yapışdığın әsa olar
                           Mәtanәtli xatirәlәr...
                           Sәdaqәtli xatirәlәr...
















               124
   119   120   121   122   123   124   125   126   127   128   129