Page 122 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 122
Zakir F XRİ Zakir FAKHRI
MƏTANƏTLİ XATİRƏLƏR
Alar sәni qanadına,
Qaytarar bir dam altına,
Bir şirin axşam altına
Mәtanәtli xatirәlәr...
Tәnhalıq alar qoynuna,
Qәm dәryası udar sәni.
Düşüb dolanar boynuna,
Oxşayıb, ovudar sәni
Mәtanәtli xatirәlәr...
Ağaclar yarpaq tökәndә
Güllәri solmuş bağ olar,
Gözә qaranlıq çökәndә
Yollarında çıraq olar
Mәtanәtli xatirәlәr...
Ötәn ömrü yada salar,
Ürәyinә qada salar.
Yenә sәni oda salar
Mәtanәtli xatirәlәr...
Gecә-gündüz keşiyindi,
İsti evin-eşiyindi,
Sevgi dolu beşiyindi
Mәtanәtli xatirәlәr...
122