Page 118 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 118

Zakir F XRİ   Zakir FAKHRI


               hәr ağıldan düşüyә...
               Qaytar, ana, qaytar mәni beşiyә.


               Hәr payız unutdu mәni
               tanışlar-bilişlәr...
               Üzümә, gözümә qonmağa
               yer tapmadı gülüşlәr.
               Ciyәrim siqaretә alışantәk
                      üzüm-gözüm alışdı
                      qәm adlı bir nәşәyә.
               Qaytar, ana, qaytar mәni beşiyә.

               Çәkilmişәm özümә,
               yığılmışam içimә.
               Kәdәr mәni sәslәmir,
                      sәslәmir sevinc mәni,
                      kimsә sәslәmәz mәni,
                      bu darısqallıqdan
                      bir hovur çıxam eşiyә.
               Qaytar, ana, qaytar mәni beşiyә.




















               118
   113   114   115   116   117   118   119   120   121   122   123