Page 116 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 116

Zakir F XRİ   Zakir FAKHRI


                              QAYTAR, ANA,
                        QAYTAR MƏNİ BEŞİYƏ


               Ərk etdiyim dostlar da
               üzümә durdular...
               Sevdiyim qızlar da
               sevgimi üzümә vurdular.
               Körpә-körpә umudlarım
                      bu yollarda әldәn salıb
                      mәni tamam yordular.
               Ömrün cırhacırında
               qaldım üşüyә-üşüyә.
               Qaytar, ana, qaytar mәni beşiyә.


               Avand işim tәrs gәldi,
               cüt sәbir ötdü mәndәn,
                      gәtirәndә nәhs gәldi...
               Dilim gәlmәdi tәpinәm
                      hәr sәhәr
                      yolüstü
                      qabağımdan keçәn qara pişiyә.
               Qaytar, ana, qaytar mәni beşiyә.


               Göy üzünün karrığı
                      görәn gözlәrin korruğu,
                      keçdiyim yolun darrığı
                      oddadı mәni, oddadı.
               Mәnә tuş gәlәsi sevinc
                      başım üstdәn addadı.
               Bәnd olmaya bilmәdim

               116
   111   112   113   114   115   116   117   118   119   120   121