Page 140 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 140

Zakir F XRİ   Zakir FAKHRI











                              QARABAĞSIZ


                 (Mahir muğam ustadlarından biri çadır şәhәrciyindә
                  “Xoş gәldin elinә, obana, nә yaxşı...” dedi mәnә vә
                           “Şuşanın dağları”nı oxudu...)


                     Dostlar, bağışlayın, әliboş gәldim,
                     Gәldim qapınıza mәn Qarabağsız.
                     Vallah, gözlәrimdәn çәkilib getmir
                     Duman Qarabağsız, çәn Qarabağsız.


                     Əlә qәlәm aldım, әlim göynәdi,
                     Hәr adı gәlәndә dilim göynәdi.
                     Çiçәyim göynәdi, gülüm göynәdi,
                     Bölündüm ortadan tәn Qarabağsız.


                     Sel dә yox, Saranı gәlib aparsın,
                     Bu dәrdi, bәlanı bölüb aparsın.
                     Qoymayın süpürüb, silib aparsın
                     Qara saçlarımı dәn Qarabağsız.











               140
   135   136   137   138   139   140   141   142   143   144   145