Page 97 - "Kişi, qadın və çətir"
P. 97
arın ölümü daha dəhşətlidir. ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
Yaxşı ki, bundan artığını görmədi yazıqlar.
Qalan biz kişilər olduq 97
axan qırmızı qanların içində.
Qan qoxuyurdu nəmli hava –
içinə çəkə-çəkə tökülən insan qanını,
ağırlaşmışdı o ki var.
Və qana qan tələb edirdi yazılmamış qisas
qanunu!
Bax elə onda anladıq
nə qədər qorxaq olduğumuzu –
anladıq və ağladıq.
Elə bu səbəbdəndi
ölənlərin arasında çəkdiyimiz
zillət və xəcalət...
Birdən
körpəsi doğuldu ölü bir arvadın.
Yaxşı bilirdik nəyin nişanəsiydi bu –
tək bircə oğlan uşağı düşmüşdü
qismətinə bütün bir xalqın, elatın.
Anladıq ki, toxtamalıyıq –
heç nəyə baxmadan,
heç nədən qorxmadan
vətəni təkcə elə bu çocuq üçün qoruyub
saxlamalıyıq!
Silaha sarılıb
yeridik yağı düşmənin üstünə –
keçdik dağıdılmış məbədlərin yanından,
   92   93   94   95   96   97   98   99   100   101   102