Page 102 - "Kişi, qadın və çətir"
P. 102
KİŞİ, QADIN VƏ ÇƏTİR

102 yazıb Elizanı tərifləmişdi,
Hələ şəklini də yazıya qoşub,
qızı bəs deyincə vəsf eləmişdi.
Yaxşı yadımdadır –
gəlib o qəzetlə qarşımda durdu,
diz çöküb gözünü dikdi gözümə,
Əlləri əlimi sığallayırdı,
göz yaşı sakitcə axdı üzünə.
“Mənim qismətim ol...” pıçıldayanda
Düşündüm: İlahi, gəlin paltarı
necə yaraşardı ona bu anda!

Amma gülümsəyib,
nə desəm yaxşıdır dəm havasına:
“Eliza, qəpiyə güllə atıram,
Çölün küləyi də varlıdı məndən.
Amma yazıb səni tanıtdırmışam,
Tezliklə özünə ər də taparsan...”
Necə bir dəhşətlə güldü sözümə,
nə hirslə qəzeti çırpdı üzümə,
sonra da acıqla
çevrilib, tez qaçıb getdi otaqdan...
Amma əcəb arvad çıxardı ondan!
   97   98   99   100   101   102   103   104   105   106   107