Page 106 - "Kişi, qadın və çətir"
P. 106
KİŞİ, QADIN VƏ ÇƏTİR

106 yoldan ötənlərin ayaqları altda
Bu vaxt məni tanıyıb
yaxınlaşır yanıma Leontoviç
isti əllərini irəli uzadır:
– Nə olub, dostum, niyə ağlayırsan?
– Soruşmayın, maestro,
yuxu gördüm, dəhşətli bir yuxu...
– Onda tez danışıb tez də unudun onu –
Miladdır axı!
– Bu yuxu sizdəndi, cənab...
– Məndənmı?.. Di onda, danışın gəlsin!
– Yox, yox!.. Bacarmaram...
– Danışın, yuxular qorxutmur...
– Yuxuda gördüm ki, çox illər qabaq...
bir çekist icazə istədi sizdən
gecələməkçün evinizdə...
səhər tezdən də... yox, yox,
bacarmıram...
– Siz Allah, danışın, mən ki qoxmuram...
– ...Səhər tezdən isə sizi... güllələdi...

qızdırmalı kimi əsirəm tir-tir

mister Leontoviç
sönür, öləziyir, yerində qəfil
durduğu yerdə bir uçurum göyərir

gözüm bərk-bərk yumulur, açılır...
5-ci avenyuda qaranquş uçur...
pərəstişkarlarıyla şəkil çəkdirən
mister Leontoviç yenə sevincəkdi...
   101   102   103   104   105   106   107   108   109   110   111