Page 99 - "Kişi, qadın və çətir"
P. 99
olmasan, ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
Tanrıma xəyanətə görə asacaqlar məni!”
Səhərlər 99
hindunun bal qoxuyan saçları
titrəyir alnının üstündə
qədim çayın suları kimi.
Soluxub çələngindəki güllər,
amma indi daha şirin qoxuyur.
Yalın ayaqlarıma toxunur,
yalın ayaqlarıma qoyur çələngini...
“Ey qadın, sözlər nəyə gərəkdi?”–
soruşuram özümdən.
Yüzüncü dəfə soruşuram, amma cavab yox.
O qədər söz bilmir bu hindu, yəqin
və yəqin, bu səbəbdəndi
məni ümidsizcəsinə sevməyi...
Məni –
gündəlik qəzetlərdən,
həftəlik qeybətlərdən,
köhnə ədəbi mübahisələrdən,
yeni xəstəliklər barədə xəbərlərdən
cana yığılmış məni...
“Ey qadın, hörüklərini yanıma sər”, –
pıçıldayır hindu.
“Hörüyüm yoxdu, – deyirəm, – kəsdim o
hörükləri!”
“Ey qadın, o qədim mahnını oxu,
əcdadların oxuyan mahnını”.
“Unutmuşam, – deyirəm, – səsim də
tütündən korşalıb”.
   94   95   96   97   98   99   100   101   102   103   104