Page 96 - "Kişi, qadın və çətir"
P. 96
KİŞİ, QADIN VƏ ÇƏTİR

qadağa qoyardım qonorarlara...
İstər bircə misra, istər bir kitab –
dəxli yox...
qərarı belə verərdim:
Şair çap olunsun öləndən sonra!
Bax onda görərdim –
cild-cild yazanların kefi necədir,
yazmaq həvəsinə düşən neçədir?

96 Amma bir iş də var:
yaxşı ki, qonorar verirlər hərdən!
Yoxsa mən
indicə içdiyim
cavan qadın kimi bu təmiz, bu tünd
viskini nə pula alardım, görən?..

Qədim manuskriptdən

Hamımız bir yerə yığışan kimi,
Biz kişilər
cumduq ki, bağlayaq giriş-çıxışı.
Güclənmişdi
yağı düşmənin həmləsi.
At sidiyinin qoxusunu hiss edirdik artıq,
duyurduq döyüşçülərin yad nəfəsini.
Göy gurultusu. Qışqırıq səsi. Haray-həşir.
Çığıran bizimkilər idi: qadınlar və çocuqlar.
   91   92   93   94   95   96   97   98   99   100   101