Page 91 - "Kişi, qadın və çətir"
P. 91
sızlaşıb susuram, ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
Baxıram qonur gözlərinə,
Soyuq gerçəkliyə qayıdıram. 91
Anlayıram ki, bu, yuxu deyil yenə,
Bilirəm ki, daşsan.
Nə can verib dirildə bilərəm səni,
Nə ata bilərəm.
Səni zülmlə daşımalı,
əzab çəkməliyəm yəni.

Amma bəzən
dodaqlarım soyuq mərməri öpər,
daş qarnını sığallayan barmaqlarım
qalların, midiyalıların kip örtülü qapısına bənzər
cisminə toxununca,
sən bir həzz içində çığırırsan,
daş qılafın uçub tökülür,
belədə üzümə
ətdən və qandan yoğurulmuş
bir qadın gülür.
Bu zaman içimi sevinc bürüyür,
Düşünürəm ki, həmişə belə olacaq,
Sən məni sevəcəksən,
mənə uşaqlar doğacaqsan,
şorba bişirəcəksən,
məndən zövq alacaqsan,
sonra başını çiynimə qoyacaqsan
və dinləyəcəksən
ürəyimin necə xoşbəxtliklə döyündüyünü.
   86   87   88   89   90   91   92   93   94   95   96