Page 86 - "Kişi, qadın və çətir"
P. 86
KİŞİ, QADIN VƏ ÇƏTİR

Teatr zəngi bizi ovsundan çıxarır.

Beletaja giririk
Hansısa bir polkovniklə və onun
dolusinəli xanımıyla yanaşı otururuq.

Xanımın sinəsi polkovniki görünməz edir.
Xanımın sinəsi səhnənin yarısını görünməz edir.
Xanımın sinəsi bütün beletajın önünü kəsir.
Sən onların arasından
86 qorxmuş bir sərçə kimi baxırsan
vücudun əsir.

Üçüncü zəngdən sonra
gərgin sükut partlayır,
Teatr işıqları altında Xose peyda olur,
ardınca da – Karmen.
Karmen Xoseni öz toruna salır.
Xose vurnuxur və başını itirir.
Xose sevir.
Xose əzab çəkir.
Xosenin ürəyi
polkovnikin xanımının sinəsi arxasında
daha da böyüyür.
Xosenin ürəyi əzabların ahəngiylə döyünür.
Xosenin ürəyi
həsrətdən dağılır,
onunla birlikdə səhnə də dağılır,

teatr uçur,
   81   82   83   84   85   86   87   88   89   90   91