Page 88 - "Kişi, qadın və çətir"
P. 88
KİŞİ, QADIN VƏ ÇƏTİR
qadınlar yüyürürlər bir-birini itələyə-itələyə,
qızlar yüyürürlər, üzü sızanaqlı
yeniyetmə gözəllər yüyürürlər.
Xostikoyev onların ağuşunda qeyb olur –
Fırtınalı dənizə düşübmüş kimi
batıb-boğulur.
Teatr emosiyalardan titrəyir.
Qadınlar Xostikoyevin geyimini cırıb çıxarırlar.
Qadınlar onun paltarını
suvenir kimi parçalayıb bölüşürlər.
88 Qadınlar səhnədə
coşquyla atılıb-düşürlər.
Və aralarında üstü-başı cırıq-cırıq
sanki viranədən baxır yaralı-yaralı –
Ukrayna səhnəsinin
bircə anda qocalmış kralı.
İyirmi ildən sonra körpü
Ömrünün iyirmi ilini ver mənə
Onlardan bir körpü düzəldim.
Və sən keçəsən
bizi ayıran illərin
uçurumu üstündən.
Gözləri yumulu yaxınlaşasan,
yıxılasan ağuşuma
və pıçıldayasan:
“Artıq heç nə qorxutmur məni”.
qadınlar yüyürürlər bir-birini itələyə-itələyə,
qızlar yüyürürlər, üzü sızanaqlı
yeniyetmə gözəllər yüyürürlər.
Xostikoyev onların ağuşunda qeyb olur –
Fırtınalı dənizə düşübmüş kimi
batıb-boğulur.
Teatr emosiyalardan titrəyir.
Qadınlar Xostikoyevin geyimini cırıb çıxarırlar.
Qadınlar onun paltarını
suvenir kimi parçalayıb bölüşürlər.
88 Qadınlar səhnədə
coşquyla atılıb-düşürlər.
Və aralarında üstü-başı cırıq-cırıq
sanki viranədən baxır yaralı-yaralı –
Ukrayna səhnəsinin
bircə anda qocalmış kralı.
İyirmi ildən sonra körpü
Ömrünün iyirmi ilini ver mənə
Onlardan bir körpü düzəldim.
Və sən keçəsən
bizi ayıran illərin
uçurumu üstündən.
Gözləri yumulu yaxınlaşasan,
yıxılasan ağuşuma
və pıçıldayasan:
“Artıq heç nə qorxutmur məni”.