Page 87 - "Kişi, qadın və çətir"
P. 87
yaranmış uçqunun yarğanı uğuldayır, ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
Xose oraya yıxılır,
87
yıxılır tamaşaçılar,
yıxılır dekorasiyalar,

qrimçi və qarderob,
işıqçı və nəzarətçi.

Xostikoyevin köklüyü, yoğunluğu qeyb olur.
Xostikoyevin ağır hərəkətləri qeyb olur.
Xostikoyevin yorğunluğu qeyb olur
Və yoxa çıxır yaşanmış illərin

üst-üstə qalaqlanmış yığını.
Xostikoyev gənc məşuqa çevrilir.
Xostikoyev özündən çıxır.
Xostikoyevdən zala bir enerji yağır.
Zalda tufan qopur.
Emosional gərginlikdən
polkovnikin xanımının lifçiyi qırılır,
donu cırılır

və qoynundan sinəsi uçur.
azğın zalın üstündən keçə-keçə,
gəlib asılır Xostikoyevin üzərindən.
Bir cüt dolğun ay kimi asılır eləcə.
“Buraxın məni onun yanına!” –
Qışqırır polkovnikin xanımı
Bir qucaq qızılgüllə
qaçır qapıya sarı nəsə deyə-deyə,
Sonra parterdə peyda olur

və qaçır səhnəyə.
Onun ardınca isə
   82   83   84   85   86   87   88   89   90   91   92