Page 85 - "Kişi, qadın və çətir"
P. 85
Sən qocalırsan, ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
mənsə cavanlaşıram –
85
deyərək güldün və asıldın boynumdan. –
Mən onu səhnədə görmək istəyirəm,
görəsən,

hələ də zövq almaq olarmı oyunundan?..”

Teatrın yanında qələbəlik idi.
Teatrın yanında asfaltın üstünə tökülürdü
şabalıdlar.
Teatrın yanında reklamlar işıqlanırdı.
Teatrın yanında hay-küy salmışdılar.

İndicə oynanılacaq dram:
“Kimə iki bilet lazımdı?”
“Bizə” –
şlyapalı xanıma pul uzadıram.

Foyedə – bahalı paltar geyinmiş qadınlar var.
Foyedə – fraklı kişilər var.
Foyedə – kasıb tələbələr –
əyinlərində cins şalvar.

Paltonu soyundurub
Qarderobçu xanıma verirəm;
Teatrın dəhliziylə aparıram səni,
Və biz Xostikoyevin
portreti önündə dayanırıq ani.
   80   81   82   83   84   85   86   87   88   89   90