Page 90 - "Kişi, qadın və çətir"
P. 90
KİŞİ, QADIN VƏ ÇƏTİR
Daşı sevmək
Soyuq baxışların buzladır,
amma ürəyimdə alışan hisslərimi
çətin dondurar.
Qorxursan ki, bu alov
daş qılafını qırar.
“Mənə toxunma – xahiş edirsən, –
soyuq vücuduma nəzarəti itirərəm yoxsa.
90 cismim – bəyaz Karrar1 mərməridi
gözlərim – qəhvəyi yəşəm daşıdı,
dişlərim – dağ bülluru,
saçlarım – qara əqiqlə qoşadı,
ürəyim yaqutdandı – soyuq və qırmızı çalarla
bərq vurar sənə.
Mən bahalıyam.
Ancaq varlı kolleksiyaçıların
əli yetər mənə.”
“Bəs qəlbin? Qəlbin nədəndi?” – pıçıldayıram.
Həyəcanla qaşlarını çatırsan
Praksitelin tişəsindən çıxmış
Afroditaya oxşayırsan.
“Yəni bilmirsən? – rişxəndlə cavab verirsən. –
Daşın qəlbi yoxdu.
Daşlar soyuqdu.”
1Karrar – Roma imperatorluğunun Alp dağlarındakı mәşhur mәrmәr
karxanası
Daşı sevmək
Soyuq baxışların buzladır,
amma ürəyimdə alışan hisslərimi
çətin dondurar.
Qorxursan ki, bu alov
daş qılafını qırar.
“Mənə toxunma – xahiş edirsən, –
soyuq vücuduma nəzarəti itirərəm yoxsa.
90 cismim – bəyaz Karrar1 mərməridi
gözlərim – qəhvəyi yəşəm daşıdı,
dişlərim – dağ bülluru,
saçlarım – qara əqiqlə qoşadı,
ürəyim yaqutdandı – soyuq və qırmızı çalarla
bərq vurar sənə.
Mən bahalıyam.
Ancaq varlı kolleksiyaçıların
əli yetər mənə.”
“Bəs qəlbin? Qəlbin nədəndi?” – pıçıldayıram.
Həyəcanla qaşlarını çatırsan
Praksitelin tişəsindən çıxmış
Afroditaya oxşayırsan.
“Yəni bilmirsən? – rişxəndlə cavab verirsən. –
Daşın qəlbi yoxdu.
Daşlar soyuqdu.”
1Karrar – Roma imperatorluğunun Alp dağlarındakı mәşhur mәrmәr
karxanası