Page 92 - "Kişi, qadın və çətir"
P. 92
KİŞİ, QADIN VƏ ÇƏTİR

Amma bir gecə keçir,
Səhərisi telefonda qəzəblə çığırırsan:
“Sən mənim minillik əbədiyyətimi əlimdən aldın.
Daha əvvəlki kimi güclü deyiləm.
Ürəyim elə yumşalıb ki,
bəlkə də, qan ötürməkdən başqa
heç nəyə yaramayacaq
Sən mənim daş şərəfimə əl qaldırdın!
Sən oğru kimi məni məndən aldırdın!
92 Midiya balıqqulağısıyla
Mərmər sinəmin altına varmaq istədin,
yaqut ürəyimi çalıb aparmaq istədin!”

Belədə sən
yenidən daşa dönürsən
telefon zənglərimə,
SMS-lərimə cavab vermirsən.

Günlər, həftələr, aylar keçir.
Mən ağır daşı daşımağa möhtac oluram
Və onun canlanmasını,
Ondan gözəl bir qadının
oyanmasını arzulayıram:
yenə bədəni bəyaz Karrar mərmərindən,
gözləri qəhvəyi yəşəm daşından,
dişləri dağ büllurundan,
saçları qara əqiqdən,
ürəyisə yaqutdan.
   87   88   89   90   91   92   93   94   95   96   97