Page 95 - "Kişi, qadın və çətir"
P. 95
ir Xuan Alonso

Şeirlərimə qonorar veriləndə ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
öz-özümə düşünürəm:
Eh, Xuan, yapışmısan gör nədən... 95
başına iş qəhətdi?
Hələ şükürlər et ki, ailən yoxdu sənin...
Bir də bilmirəm, niyə
yazdığı şeirə görə pul verilsin şairə?
Verilənə bax hələ:
yavan bir çörək düşür aldığın pula hərdən –
batır suya, nuş elə!
İçki də yasaq deyil –
viskiyə pul çatmasa,
daha neyləyəsən,
gedib uzaqbaşı pivə içərsən.
Amma yenə bilmirəm
yazdığı şeir üçün şair niyə pul alsın?
Günəş, nuruna görə kimdənsə haqq
umurmu?
Ya bəlkə, axır deyə pul veririk çaylara?
Ləçəyində
arıların sevişdiyi qızılgülə bəs, görən,
Açdığı çiçək üçün varmı qonorar verən?
Amma biz şairlərə pul verilir nədənsə...
Hələ bu harasıdır –
üstəlik hər sələfin xələfi də pul güdür!
Soruşuram: bu işə varislərin nə dəxli?!
Məndən olsa,
pul söhbətini biryolluq yığışdırardım,
   90   91   92   93   94   95   96   97   98   99   100