Page 100 - "Kişi, qadın və çətir"
P. 100
KİŞİ, QADIN VƏ ÇƏTİR

100 “Ey qadın, mənə uşaq doğ!”
“Gecdi daha, mən öz dünyamın dibinə
çəkilmişəm”.
“İndi biz nə edək –
mən sənin dünyanda, sən mənim
dünyamda –
neyləyəcəyik?”

Qəribə hindu
Bal qoxuyan qızılı saçıyla
qədim çayın suları üzərində durub
əcdadlarının duasını pıçıldayır...
Nə haqdadır bu dua?
Düşünürəm ki, hərdən
bu, heç dua da deyil, sevgimizin himnidir.
Və onsuz təsəvvür edə bilmirəm özümü.
Hindu isə
titrəyən güclü əlləri, xırıltılı səsiylə,
adlarını yadda saxlaya bilmədiyim
otların rayihəsiylə,
heç vaxt öyrənə bilməyəcəyim diliylə
qədim çayın suları üzərində durub
sevgi nəğməsi oxuyur, məhəbbətdən dəm
vurur...
Eşitməyinə aydınca eşidirəm səsini,
di gəl, nə illah eləsəm də,
anlaya bilmirəm bircə kəlməsini...
   95   96   97   98   99   100   101   102   103   104   105