Page 81 - "Kişi, qadın və çətir"
P. 81
gör bir nə qədər ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
aktyorlar yoxa çıxdı.
Sevdiyim ipək pərdələrin yerinə, 81
Ölçüyəgəlməz bir qaranlıq axdı.

Tamaşa bitdi.
yeganə tamaşaçı axşam idi –.
mürgü döyür, baxırdı.
Amma heç kim görmürdü:
balaca bir qız Aydan yapışıb
pillələrlə qalxırdı.

Tarix dərsi

Sizə desələr ki,
mövcud olan
ən yaxşı cəmiyyətdə,
ən humanist dövlətdə yaşayırsız,
yadınzda saxlayın:
sizinlə danışan divardı.

Sənə desələr ki,
İmperiyamızda baş verənlər,
bu gün gördüklərinin hamısı,
sənin rifahın üçündü,
bil ki,
sənə səslənən divardı.
   76   77   78   79   80   81   82   83   84   85   86