Page 79 - "Kişi, qadın və çətir"
P. 79
ıdış ÇAĞDAŞ UKRAYNA ŞEİRİ

On altı yaşımda, Milad günündə 79
kəndimizə yollanırdım
Kiyevin, Mallinin, Zvyaqelin
Gecə vağzallarında donurdum.
Taxta skamyada
soyuqdan bublik kimi yumurlanmışdım
nə yatırdım, nə uyuyurdum.
Ağır mürgü içində
çiləkənlərin ümidisz qoxusunu udurdum...

Orduda xidmətimi başa vurub,
Kəndimizə piyada gedəndə isə
Baharın soyuq günlərindən biriydi,
Uzun bir pasxa gecəsiydi.
Vağzal ağzınacan doluydu,
Bir əlil əl-qolunu uzatmışdı –
“Bərbərxana” lövhəsinin altında,
Quru döşəmədə yatmışdı.

İndi isə otuz yaşım var,
Heç cür evimizə gedib çıxa bilmirəm.
Fikirləşirəm ki,
Zaman-zaman üzləşdiyim kimsəsizlik,
həyat tərzimə çevrilib.
Təkcə mən yox
Sanki bütün aləm tərsinə çevrilib,
Hamı vağzalda gecələyir –
   74   75   76   77   78   79   80   81   82   83   84