Page 74 - "Kişi, qadın və çətir"
P. 74
KİŞİ, QADIN VƏ ÇƏTİR

sönəcək ən sonuncu ulduz da.
(Elə də oldu.) Amma sən qayıtmışdın:
güclü ayaqların
və axşam kolluqlarından qalxan sarı,
kəskin qoxu hesabına
qənaət edərək gəlmişdin –
yəni avtobuslardan və ödənişli
tualetlərdən
artırıb yığdığın sonuncu beş funtuna
Liverpulun bazarından
sarı rəngli dəri gödəkcə alıb geymişdin.

74

Sən onu almaya bilməzdin – o, artıq
retro idi,
bəlkə də, iyirmi ilin gödəkcəsiydi
hələ altmışıncı illərdə
hansısa qoca bir qurd geyinirmiş onu.
Sürtülmüş dana dərisində
kommuna və hippi,
bitlz və marixuana xatirələrinin
görünmürdü sonu.
Döş cibində
telefon nömrələri olan bir parça kağız
qalmışdı,
bu isə səni artıq tamamilə üzürdü,
çünki istənilən vaxt zəng edib öyrənə
bilərdin ki,
məsələ nə cürdü:
həmin o qurdun – Polun, Conun, və ya
Corcun –
   69   70   71   72   73   74   75   76   77   78   79