Page 73 - "Kişi, qadın və çətir"
P. 73
kcə bu cismi yandırsaydıq,
təkcə saxlasaydıq ruhunu,
rentgen şüaları altında baxsaydıq
sağlam, gözəgörünməz fəqərələrin
görərdik kimin əlləri altında olduğunu.

o bədənə
boynundan sağrısınacan
görərdik necə sığal çəkir o əllər.

Dana dərisindən gödəkcə ÇAĞDAŞ UKRAYNA ŞEİRİ

İmperiyanın çürüdüyü, 73
sonuncu qətlə yetirilənlərin yıxıldığı,
divarların uçurulduğu dönəmlərdə
sən ilk dəfə sərhədin o üzündə
qalmışdın –
yenidənqurma, gələcək liderlərin
görüşü,
Avropanı necə qaydaya salmaq
və bu kimi cəfəng şeylər beyninə
dolmuşdu
oradakı universitetlərin yaşıl
çəmənlərində.

Bacarırsan, orda qal, –
demişdi sevdiyin qız da;
qayıtma geriyə, burda yaxşı heç nə
olmayacaq
   68   69   70   71   72   73   74   75   76   77   78