Page 77 - "Kişi, qadın və çətir"
P. 77
ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
Məndən soruşursan
Sonsuz yürüşlərdə 77
ayaqlar altında məhv olan
heç olmasa nəslimizin
bəzi əlamətlərini içinə alan
çəkdiyim rəsmi haçan bitirəcəm.
Gəl bir də soruşma,
özün yaxşı bilirsən,
yaşayışımız necədi:
çörəyin, südün qiyməti neçədi,
gözün xilas etdiyinin,
rəsmin qoruduğunun
dəyəri nədi.
Neçə-neçə diqqətcilin
kəllə sümüyü baxır
laqeyd kürəyimizə.
Biz lal orkestrlərin çaldığı
gələcək partituraların
başlanğıc notlarıyıq
əks-sədaların odlarıyıq –
getmək, getmək gərəkdi
yol bizdən sonra da
yaşamalıdı hökmən...

Budur,
gün keçir,
üfüqdən aşır.
Qara qovağın ətrafında
uzun bir kölgə
dolaşdıqca, dolaşır...
   72   73   74   75   76   77   78   79   80   81   82