Page 72 - "Kişi, qadın və çətir"
P. 72
KİŞİ, QADIN VƏ ÇƏTİR

Məktub

Çörək və süd almağa gedirsən səhər.
Qayıdanda
poçtalyon qadının sizin binanızdan
çıxdığını görürsən.

Həmişəki kimi onu
iki məktəbli uşağına təqdim edirsən.
Siz onunla yaşıdsınız, deyəsən.

72 İyirmiyə qədər göy rəngli poçt qutusu.
20 nömrəli səninkidi – aşağıda qərar
tutub.
Bir topa açarın ən balacası.
Qəzetlər, qəbzlər və... məktub.

Saat yarım başını sındırırsan
bəyaz bir zərfin üstündə,
markalara, poçt möhürünə baxıb,
büzürsən dodağını.
Geri ünvandakı hərflərə göz gəzdirib
cıra bilmirsən qapağını.

Gizlət onu dərinlərdə,
masanın gizlin yerində,
Şeir kitabı arasında
solğun bir gül ləçəyi kimi gizlət.
Gizlət bir ovuc kül kimi.
   67   68   69   70   71   72   73   74   75   76   77