Page 71 - "Kişi, qadın və çətir"
P. 71
kiyə qurşandılar, ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
biri biznesdə məhv oldu,
o biri siyasətdə. 71
Birini başı kəsilmiş halda tapdılar Taraşşan
meşəsindən,
Digərini köhnə anbarda asılmış vəziyyətdə.
Biri isə Reytarski küçəsində
öz avtomobilində parça-parça olmuşdu.

...Günəş klarnetləri,
Ay saksafonları,
növbəti il Yerusəlimdə –
qızılı qübbəli təpəliklərdə,
çayın üstündəki göy üzündə,
quşların yarı yolda dincəlməyə dayandığı
yerdə,
(quşların çox az qismi çayın ortasınacan
uça bilir)
həm də çox az cazmen ölümdən sonra da
çala bilir, –
irəli, geri əyilir,
əyinində sarı şalvar
dizlərini bükür.
Baxışlarıyla uzun zaman
yaşlı xanımın gözlərindəki buludları çəkir –
artıq onun yaşamadığı evdən
eşiyə çıxan xanımın yağışını tökür.
   66   67   68   69   70   71   72   73   74   75   76