Page 68 - "Kişi, qadın və çətir"
P. 68
KİŞİ, QADIN VƏ ÇƏTİR

Caz

Yox, o, burda yaşamır...
Belə götürəndə, o, ümumiyyətlə, yaşamır.
O, bir il əvvəl ölüb. Dul arvadı qızıyla
Hələ bir il əvvəl evi satıb getdilər,
ünvan da qoymadılar.
Olsun ki, məzarlığa
kimsə baş çəkir,
amma buraya heç biri gəlmir daha.
Bununla belə,
68 məktublar gəlir mərhuma hələ:
Baxmaq istərdizmi? Bəlkə də...
Sağ ol, yox. Üzr istəyirəm. Yox. Sağlıqla
qalın.

çiçəkləmiş gavalı ağacları arasında
günəş pıçıldayanda
niyə tövşüyür?
aprel səhəri
niyə üşüyür?..

On yeddi yaşımda onu dinləməyə
getmişəm.
Hərçənd o vaxt caz qadağan deyildi,
Amma yaxşı baxmırdılar ona.
Bu səbəbdən, onlar
atılıb-unudulmuş klublarda, restoranlarda,
torana bürünmüş fevral zirzəmilərində,
aprel terraslarında çalırdılar.
   63   64   65   66   67   68   69   70   71   72   73