Page 64 - "Kişi, qadın və çətir"
P. 64
KİŞİ, QADIN VƏ ÇƏTİR

mahnı 212

Üstünü kol-kos basmış
Gör nə qədər superulduz var.
Tom Cons da hardasa, elə ordadır –
yaşıl-yaşıl otlardan oxuyur...
Üstünə darçın səpilmiş göbələklər,
Aylı bir gecədə
64 meşə içində
səf çəkib yallı gedir...
Ah, necə istərdim ki,
bir də atım özümü
o Süd Yoluna,
ilıq ulduz tozunu
şumlayım ayağımla...
Belə bir gecədə
ən məşhur opera teatrları açılır –
dənizdə olanlardan,
bir də yata bilməyənlərdən ötrü.
Mavi gil çəkir özünə
Ella Fiscerald...
Bizlər bu dünyada itən deyilik!..
Ruhdan düşmə –
heç vaxt, heç vədə,
başını suya əyən bir ağac kimi...
   59   60   61   62   63   64   65   66   67   68   69