Page 63 - "Kişi, qadın və çətir"
P. 63
dan baxırmış kimi, ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
xəzəl çürüntüsünün içindən
baxırdı yalvarış dolu gözləri 63
yaxın gəlmə... qoy tək qalım...
İndicə oyanmış meşədə
çoxdankı yaralar sağalır...
bitişir çat vermiş oynaqlar...
əzələlər dartılıb uyuşur
ağac kimi... ağaclar kimi...
Yerdən qopur
şaxtadan-soyuqdan saralan gözlər
və yenə hardasa uzaq üfüqdə
iri bir dovşan görür...
Sən, ey təzə gicitkən,
ona yazığın gəlsin, eşidirsən? –
davam gətirə bilmir yazığın ürəyi
sənin yırğalanmağına...
Siz də, ey qarışqalar,
bir insafınız olsun,
tələsə-tələsə dırmaşarkən
yenicə isinmiş bu daşa
ağırlığınıza tab gətirmir ürəyi...
Axı
o, hələ də yerindən qalxıb
silkinə bilər...
Amma
gicitkən də örtə bilər üstünü
qaralmış bir ovuc köhnə qar kimi...
   58   59   60   61   62   63   64   65   66   67   68