Page 65 - "Kişi, qadın və çətir"
P. 65
nı 551 ÇAĞDAŞ UKRAYNA ŞEİRİ

Nə qədər ki gec deyil – 65
başını buzlara çırp!
Nə qədər ki hava qaralmayıb –
başını buzlara çırp!
Özünə bir yol tap,
siviş çıx ordan –
gözəl dünyanı da görərsən onda!..
Karpınkı əksinədir –
baş vurub gizlənir
suların ən dərin yerində.
Neyləsin? –
onsuz da gec, ya tez
qarmağa düşməkdir qisməti...
Sənsə insansan axı –
səni tutan olmayacaq...
Yüz illərdi
karplarda başqa cürdü...
Karp sürüsü hər dəfə
aramla suların dibinə çəkilir –
sonra da üzüb gedir sakitcə əks tərəfə...
Bir ora bax,
bizim əsrimiz çoxdanmı düşüb onların
dalına? –
   60   61   62   63   64   65   66   67   68   69   70