Page 60 - "Kişi, qadın və çətir"
P. 60
KİŞİ, QADIN VƏ ÇƏTİR

yuxu məni apardı...
Hər şey sakitləşəndə,
Julyanıda sonuncu təyyarə yerə enəndə
nəsə taqqıltı səsi gəldi yerin altından...
Yox, bu, ürək çırpıntısı deyildi,
saatın çıqqıltısı da deyildi,
hardasa başımın həndəvərindən
gəlirdi bu taqqıltı...
Anamın acı-acı
nırçıldamasına bənzəyirdi bir az:
Oğlum, sənə nolub... yox, belə olmaz...
60 ay-yay-yay...
Handan-hana
bu uzaq şəhərdə yuxuya getdim,
kəsdi maşınlar da səslərini
hər şey sakitləşdi.
Bu vaxt uzaqdan
suyun, taxta körpünün, bazarın
üzərindən,
ya bəlkə, yerin altından
nizamlı bir taqqıltı cavab verdi mənə.
Az sonra yenə
düz qulağımın dibindən gəldi o səs.
Beləcə,
bütün gecə
gah süvari atının nal səsi...
gah tatarların gecə gözətçisi...
gah da zəif bir nırçıltı...
Qaranlıqda açdım gözümü:
düz başımın tənində dikinə durmuş,
   55   56   57   58   59   60   61   62   63   64   65