Page 55 - "Kişi, qadın və çətir"
P. 55
ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
Mən – Ukrayna şeirinin sonuncu dəniz qulduru;
Mən – tüpürcəyə bulaşmış sözlərin birinci 55
düşməniyəm gerçək;
Mən – öz dövrümün kor və gözlü şərhçisi,
Ukrayna tarixinin məzhəkəli tamaşasında bir
təlxək;
Mən – Nemirovdan olan Marko Vovçok1
və Medjiboj yaxınlığından
Anna Axmatovanın sevimli cənabıyam.
Mən – nə sizinəm, nə onların,
harda, kiminçün yazılması bilinməyən
mətnlərin dadına baxan birisiyəm;
çəllək düzəldilən ağac kimiyəm,
çayın sahilinə oxşayıram,
həm də
məzar üstə xaç kimiyəm;
mən tanış olmuram,
avtoqraf paylamıram,
bütün sərhədləri canıma çəkirəm,
Letiçovdan Parisə uçmağa cəhd edirəm.
1Marko Vovçok (1833-1907) – Ukrayna әdәbiyyatında müәmmalı
yazıçı qadın. Öz yaradıcılığını gündәmdә saxlamaq üçün rus
imperiyasının vә Avropanın nüfuzlu kişilәrindәn istifadә edib.