Page 52 - "Kişi, qadın və çətir"
P. 52
KİŞİ, QADIN VƏ ÇƏTİR

Mənim duam

Ey taleyim,
mənə səsli gündüzlər,
səssiz gecələr göndər.
Fədakar sevgilər,
etibarlı dostlar,
rahat ev,
ürəyimcə iş ver.
52 Mənə şirin bir uşaq doğub
layla yazmaq sevinci bağışla.

Amma əvvəlcə dözüm göndər,
dözüm,
yüz dəfə dözüm,
min dəfə dözüm ki:

sevgi nifrətə,
dostlar düşmənə,
ev məhbəsə,
iş sürgünə dönməsin.

Ki, uşaqları adam eləməyə,
nəvələrə layla çalmağa
gücüm çatsın.
   47   48   49   50   51   52   53   54   55   56   57