Page 49 - "Kişi, qadın və çətir"
P. 49
ar günü əfvi ÇAĞDAŞ UKRAYNA ŞEİRİ

Hamını bağışladım:
yolu şumlayan qonşumu da,
evi yandıran qardaşımı da,
məni aləmdə rüsvay eləyən
rəfiqəmi də...

Bağışlamaq nə asanmış
ümid edəndə ki,
Allah onları bağışlamayacaq.

Əbədi ilğım 49

Elə narahat dənizdi ki,
adı da yoxdu…

Elə əhli-kef dənizdi ki,
necə istəyir, elə də adlanır...

Elə tənha dənizdi ki,
quşlar uçur üstündə,
ulduzlar səhralarının qorxusundan əsir
balıqlar qaranlıq dərinliklərini tərk
eləyib
çay ağzına düşür–
sözün boğazına keçən duatək…
   44   45   46   47   48   49   50   51   52   53   54