Page 51 - "Kişi, qadın və çətir"
P. 51
mal küləkləri hər gecə çilik-çilik eləyir ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
dənizin zümrüd güzgüsünü,
hiyləgər dalğalarsa 51
qadının ani əksini yuyub aparırlar
sahilin qumundan
ac yengəcləri sevindirməyə qaçırlar.

Qadınsa daş üstdə oturur
dəniz kimi sonsuz, dəniz kimi tək.
Sular küçə itləri kimi
hələ də gözəl ayaqlarına düşüb
yalmanırlar.

Üfüqdə Bizansın qızıl sahillərini görür,
bir də qayığa qandallanmış tənha
səyyahı…

Təkcə səmaya məlumdu ki,
haçanacan gözləməlidi, haçanacan –
dənizin duzundan və göz yaşlarından
saçı ağaranacan.

Sonrasa ölənə qədər
dərviş paltarındakı müqəddəslərin
ondan ilkin günah kimi yan keçməsinə
baxmaq var qismətində.
   46   47   48   49   50   51   52   53   54   55   56