Page 46 - "Kişi, qadın və çətir"
P. 46
KİŞİ, QADIN VƏ ÇƏTİR

Axı bircə ay qabaq
çəkilmişdi o şəkil,
yazılmışdı o yazı...
Axı bu sabah-sabah
bütün qırmızı güllər yox olmuşdu ha-
rasa...
Görən, nə möcüzəydi,
görən, axı nə işdi?!
Bəlkə, oğlan gedib o qızılgülü
başqa qıza çəkmişdi...

46 Acı siqaret

Tüstü
qəsdinə durmuşdu qadının –
burula-burula,
boynuna sarıla-sarıla
qollarından süzülüb axır,
heç cür tapa bilmirdi qapını.

Unutmuşdu qadın
soyuqdan donduğunu,
Eşidirdi
bəyaz qar dənələrinin
barmağına necə ehmalca qonduğunu.

Üşüyürdü,
uzun sürən savaşın
daim məğlubiyyətlə bitdiyini
düşünürdü.
   41   42   43   44   45   46   47   48   49   50   51